ADPU: Könüllü tələbələr vikipediyanın Azərbaycan dili bölməsinə 28 məqalə əlavə ediblər

ADPU: Könüllü tələbələr vikipediyanın Azərbaycan dili bölməsinə 28 məqalə əlavə ediblər Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) “Qorqud” Vikipediya Metodik Klubu (QVMK) ilə birgə ADPU tələbələri üçün onlayn praktik vikipediya təlim kursu -#VİKİADPU təşkil ediblər.
#VİKİADPU çərçivəsində könüllü tələbələr, habelə müəllimlər tərəfindən vikipediyanın Azərbaycan dili bölməsində Vətən müharibəsi şəhidləri, ictimai-siyasi xadimlər və elmi mövzular haqqında yeni məqalələr yaradılıb. Fevralda keçirilən təlimlərdən sonra martın 30-da statistikaya görə ümumilikdə Azərbaycandilli vikipediyaya 28 yeni məqalə əlavə edilib, 6 məqalədə isə əsaslı redaktə aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər