Azərbaycan idman mətbuatına töhfə verənlər unudulmur

Azərbaycan idman mətbuatına töhfə verənlər unudulmur Son illər azərbaycandilli “Vikipediya”da məqalələr akademikləşir və etibarlı mənbələrlə zənginləşir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən respublikamızın idman mətbuatına töhfələr verən jurnalistlər haqqında məqalə yaradılıb.
“Vikipediya”da Azərbaycan idman mediasının tanınmış simaları Aqşin Kazımzadə, Oqtay Bayramov, Valid Sənani, Yaqub Nuriyev, Mirpaşa Miriyev, Abbas Əzimov, Oqtay Atayev, Şamil Şahməmmədov haqqında məqalələr yaradılıb və redaktə olunub. Məqalələrin hazırlanmasında azsport.az saytının məlumatlarından istifadə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər