Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Dövlətimizin başçısı ən yeni tariximizin şanlı səhifəsini yazaraq böyük uğurlara imza atdı. Prezident İlham Əliyev daim beynəlxalq tribunalarda, panellərdə və debatlarda Qarabağla bağlı haqlı mövqeyimizi tarixi, siyasi, hüquqi arqumentlərlə əsaslandıraraq Ermənistanın təcavüzkar dövlət kimi tanınması yolunda ardıcıl siyasətini davam etdirib. Lakin müasir beynəlxalq münasibətlərdə diplomatiyanın öz klassik görkəmində qeyri-effektiv olması və torpaqlarımızın sülh yolu ilə qaytarılmasının qeyri-mümkünlüyü münaqişənin hərbi yoldan başqa həlli yolu olmadığı reallığını ortaya çıxardı. Ermənistanın təxribatlarının qarşısı dəfələrlə (2016-cı ilin apreli və 2020-ci ilin iyulu) alınsa da, ötən ilin sentyabrında düşmən Azərbaycan Ordusunun “dəmir yumruğu”nu gördü. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ilə Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri yazıldı. Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin əyani təsdiqi oldu. Yenilməz ordumuzun bu şanlı Qələbəsi Azərbaycanın iqtisadi və siyasi iradəsini dünyaya nümayiş etdirdi.
Bu fikirləri Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Zümrüd Məlikova söyləyib. O qeyd edib ki, son prezident seçkilərində İlham Əliyev Azərbaycan xarici siyasətinin yaxın perspektivdə hədəflərini qeyd edərək onları reallaşdırmaq istiqamətində səylərini artıracağını bildirib. Keçən dövr ərzində iqtidar verdiyi vədlərə sadiq olduğunu bir daha təsdiqlədi, daxili və xarici siyasət məsələlərində yeritdiyi siyasi kursun düzgün və səmərəli olduğunu sübuta yetirdi. Siyasi-diplomatik sahədə ardıcıl siyasətini davam etdirən ölkə rəhbəri bir sıra uğurlara imza atdı. İkitərəfli danışıqlarla yanaşı, beynəlxalq forumlarda da mahir diplomatik bacarığını nümayiş etdirdi. Münhen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyanla debat zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi-siyasi gerçəkləri faktoloji və hüquqi cəhətdən əsaslandıraraq mənfur qonşularımızın torpaqlarımıza iddialarının əsassız, tarixi-mədəni abidələrin və mədəni irsin məhv edilməsinin qəbuledilməz, mövcud status-kvonun yolverilməz olduğunu bildirdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda iqtidar ilk olaraq xalq-iqtidar birliyinə, daxili sabitliyə nail olmağa çalışdı. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli ideologiya, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar oldu, xalqımız vahid milli ideya ətrafında birləşib çox uğurlu inkişaf yolu keçdi. Hazırda ölkəmizdə dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakterə malikdir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiq qalıb nümunəvi multikultural bir cəmiyyət modeli formalaşdırıb. Buna bariz nümunə kimi Vətən müharibəsi dövründə dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda aparılan hərbi əməliyyatlarda iştirak etməsini, bütün milli və dini icmaların vahid mövqedə birləşərək həm ön cəbhədə, həm də arxa cəbhədə mübarizəsinin şahidi olduq. Erməni lobbi təşkilatlarının bizə qarşı apardığı kampaniyalar, Azərbaycanda vətəndaş qarşıdurmasına, dini və etnik dözümsüzlük şəraitini yaratmağa yönəlmiş səyləri boşa çıxdı.
Z.Məlikova qeyd edib ki, Azərbaycan son 18 il ərzində beynəlxalq aləmdə böyük nailiyyətlərə imza atdı. Uğurlu diplomatik fəaliyyət, əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Bunun bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Azərbaycan son 18 ildə qonşu dövlətlərlə daha sıx münasibətlər qurmağa nail olaraq ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldıra bildi. Hazırda qonşu dövlətlərlə bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və bu, regional sabitliyə, təhlükəsizliyə müsbət təsir göstərir.
Ölkə rəhbərinin Qarabağla bağlı prinsipial mövqeyi hər zaman xalqımız tərəfindən dəstəklənib və möhtəşəm Zəfər əldə etməyimizi təmin etdi. Bu gün Prezident İlham Əliyevin tapşırığı və dəstəyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yaxından iştirakı ilə azad olunmuş torpaqlarımızda dağıdılmış şəhər, qəsəbə və kəndlərimizin, məhv edilmiş tarixi-mədəni abidələrimizin bərpa edilməsi istiqamətində mühüm addımlar atılır.
Mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən bölgənin ən güclü iqtisadiyyatına və ordusuna malik dövlətin lideri olaraq İlham Əliyev dəfələrlə sülh yolu ilə torpaqlarımızı azad etməyin mümkün olmadığı halda gücdən istifadənin mümkünlüyünü də qeyd edib. Azərbaycan hakimiyyətinin hər zaman ordu quruculuğu ilə bağlı apardığı siyasət düzgün olub. Keçən dövr ərzində isə bu proses sürətlə və uğurla aparıldı. Qeyd etmək lazımdır ki, ABŞ-ın müstəqil “Qlobal Firepower” təşkilatının 2020-ci il hesabatına görə, Azərbaycan Silahlı Qüvvələri 64 ən güclü (Ermənistan isə 112-ci yer), Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.
“Prezident İlham Əliyevin iqtidarı dövründə Azərbaycan intellektual məhsulun ixracatçısına çevrildi. Həmçinin yeni texnologiyalara böyük diqqət ayrıldı. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Azərbaycan bu sahədə də regionda liderlik nümayiş etdirir. Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir. Agentlik 2013-cü il fevralın 8-də “Azerspace-1” adlı ilk süni peykini, 2018-ci il sentyabrın 25-də isə “Azerspace-2” peykini orbitə buraxıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bir sıra böyük regional layihələrə başlanılıb. Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün “Cənub Qaz Dəhlizi” layihəsinin icrası həyata keçirilir. Bundan əlavə, nəqliyyat infrastrukturu yeniləndi, eyni zamanda, qonşularla əməkdaşlıq edilərək regional infrastruktur yaradıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyət idi. İstifadəyə verilən bu tarixi yol bizim geosiyasi mövqeyimizi möhkəmləndirir. Bununla paralel olaraq, hazırda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması nəzərdə tutulur. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda sürətlə inkişaf edən, əlverişli geostrateji mövqeyə, mühüm infrastruktur layihələrini icra edən güclü iqtisadiyyata malik bir dövlətə çevrilib. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın hərtərəfli bərpa edilməsi və siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı konkret proqramları olan, xalqın dəstəyini qazanan güclü iqtidarı var. Vətən müharibəsində şanlı Qələbə Prezident İlham Əliyevin güclü siyasi iradəsi, mahir diplomatik bacarığı və qarşısına qoyduğu məqsəd və vəzifələrə çatmaq üçün yürütdüyü ardıcıl siyasəti nəticəsində qazanıldı. Azərbaycanın müstəqilliyi bizim ən böyük sərvətimiz və nemətimiz, Vətən müharibəsində əldə etdiyimiz Zəfər ən böyük uğurumuz və qürur mənbəyimizdir. Bu gün biz Azərbaycanımızın vahidliyi, işğaldan azad olunmuş torpaqlarımızın bərpa olunub məskunlaşması üçün və inteqrasiyası prosesini uğurla başa çatdırmaq naminə bir yumruq olmalı, xalq-iqtidar birliyini qoruyub saxlamalı, malik olduğumuz dəyərlərimizi hifz etməliyik. Vahid, müstəqil, güclü Azərbaycan üçün, dövlətimizin hərtərəfli inkişafı naminə bir cəbhədə yer almalı, Zəfərimizin bizə verdiyi qüruru qorumalıyıq”, - deyə Zümrüd Məlikova fikrini yekunlaşdırıb.
Tehsil-press.az