Tarix yazmış Azərbaycan xalqı

Tarix yazmış Azərbaycan xalqı Vətən müharibəsindən qalib çıxan Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu şanlı Zəfər ordumuzun şücaəti, xalqımızın qəhrəman oğullarının canı-qanı bahasına əldə olundu, eləcə də ölkəmiz bütün gücünü səfərbər etdi. Otuz il əvvəl Qarabağdan bələkdə gəlmiş körpə uşaqlar Qarabağa əldə silah, müzəffər ordunun xilaskar əsgəri kimi qayıtdılar. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə siyasi müstəvidə və döyüş meydanında əldə edilən uğurlar sayəsində tarixi Qələbə qazandıq. Prezident İlham Əliyev və Azərbaycan Ordusu 30 ilə yaxın davam edən status-kvonu 10 gündə dəyişdi.
Bu fikirləri 232 nömrəli tam orta məktəbin direktor əvəzi Səfa Orucəliyev söyləyib.
O bildirib ki, xalqımız milli maraqlarımızın müdafiəsində sonadək dayanan Prezident İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inama arxalanan, nəyi necə və nə vaxt etmək lazım gəldiyini yaxşı bilən dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsi dövründə xalqa müraciətində ermənilərə son şans verdiyini dedi: “Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın.
Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.
“Prezidentimiz beynəlxalq kürsülərdən, BMT-nin tribunasından hər dəfə bəyan edirdi ki, işğala son qoymaq, təcavüzkarı buna məcbur etmək lazımdır. Bəsdir, yetər deyib ayağa qalxan xalqın bu savaşı tarixi ədalətin bərpasına yönəlmiş döyüşdür, beynəlxalq hüququn ona verdiyi haqdır. İşğalçı dövlətə “Qarabağ Azərbaycandır!” deyən Prezidentimiz dünyaya səsləndi ki, müharibə Ermənistanda yox, Azərbaycan torpağında gedir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Əsgərlərimizin yüksək döyüş əzmi və qəhrəmanlığı, ordumuzun yenilməzliyi sayəsində böyük Zəfər sevinci yaşadıq. Öz qanları, canları ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman oğullarını isə Vətən heç vaxt unutmayacaq. Qarabağ Azərbaycandır!”, - deyə Səfa Orucəliyev fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər