Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar Dəniz Akademiyasında anım tədbiri keçirilib.
Əvvəlcə vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və 31 mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
Tədbiri giriş nitqi ilə açan akademiyanın rektoru Çingiz Əliyev xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamların da olduğunu vurğulayıb. Qeyd edilib ki, 1918-ci ilin martında və aprelində Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir.
Rektor ölkə başçısı İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamının bir neçə aspektdən tarixi əhəmiyyət daşıdığını, Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyəri, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyini xüsusi vurğulayıb.
Sonra “1918-ci ilin martında türk-müsəlman soyqırımı haqqında” “31 mart Qanla yazılmış yaddaşımızdır.” mövzularında məruzələr dinlənilib.
Çıxışlarda 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası barədə məlumat verilib, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu vurğulanıb.
Daha sonra “1918-ci ilin Mart soyqırımı sənədlərin dili ilə” adlı video-film nümayiş olunub.
Sonda Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar Akademiyanın qəbul etdiyi bəyanat səsləndirilib.

Hikmət Əliyev