AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr olunan tədbirlər çərçivəsində müəssisənin böyük elmi işçisi, hazırda ABŞ-da Buffalo Universitetinin Jacobs School of Medicine and Biomedical Sciences elmi mərkəzində postdok tədqiqatçı kimi çalışan Şövqi Hüseynovla onlayn formatda görüş keçirilib.
Görüşdə Fiziologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və digər təşkilatların əməkdaşları iştirak ediblər.
Gənc alim görüş iştirakçıları ilə onu Amerikaya gətirib çıxaran Fulbrayt Proqramı üzrə müsabiqədə iştirakı, Nyu-York Dövlət Universitetlərinin (SUNY) tərkibinə daxil olan Buffalo Universitetinin tarixi, burada tibb və biotibb elmləri sahələrində aparılan müasir tədqiqatlar haqqında təəssüratlarını bölüşüb, şəxsi tədqiqatlarının ilkin nəticələrini və gələcək planlarını diqqətə çatdırıb.
Sonda məruzəçi sualları cavablandırıb.
Görüş iştirakçıları gənc tədqiqatçının fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə də xaricdə çalışan tədqiqatçılarımızla belə elmi-informasiya mübadiləsinin davam etdirilməsini təklif ediblər.
Qeyd edək ki, Şövqi Hüseynov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının 2020-ci il müsabiqəsinin qalibi kimi Buffalo Universitetində “Narkotik asılılığın molekulyar mexanizmlərinin və yeni müalicə yollarının araşdırılması” mövzusunda tədqiqat aparır.
Tehsil-press.az