AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda iştirak ediblər.
Tədbirdə elmi işlər üzrə direktor müavini, dosent Ələmdar Məmmədov bitki xəstəliklərinin molekulyar diaqnostikası, identifikasiyası, həmçinin xəstəlikləri yayan həşəratların identifikasiyası və həyat tsiklinin öyrənilməsi, bu həşəratlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması üçün kompleks tədbirlərdən danışıb. Qeyd edib ki, biotexnoloji metodlarla bir çox bitkilərin əkin materialının çoxaldılması üçün tədqiqatların birgə aparılması, hazırlanmış metod əsasında həmin bitki materialının təsərrüfatların tələbatını təmin etmək üçün çoxaldılması zəruridir. Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın institutlarının iştirak etdiyi kompleks layihələrin hazırlanması və birgə həyata keçirilməsi institutların maddi-texniki və kadr potensialından səmərəli istifadə edildiyi təqdirdə müsbət nəticələr verəcək.
Konfransda, həmçinin institutun elmi katibi, dosent Durna Əliyeva, Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçiləri Sədaqət Əsədova və Mahirə Məmmədova, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova da iştirak ediblər.
Tehsil-press.az