3D printerdə çap olunan qəsəbə

3D printerdə çap olunan qəsəbə ABŞ-ın Kaliforniya ştatında Rancho Mirage şəhərciyində inşa olunan 15 yaşayış binasından ibarət qəsəbənin evləri 3D printerdə çap olunmuş panellərdən yığılacaq.
Enerjidən asılı olmayan və ekoloji cəhətdən təmiz evlər texnika və mebellə satılacaq. Yeni məhəllə sakinlərinin ehtiyaclarını elektrik enerjisi ilə tam təmin etmək üçün hər bir kottecin damında günəş panelləri quraşdırılacaq.
Məlum olduğu kimi, 3D printerdə çap olunmuş evlərin tikintisi ilə tullantıların istehsalı 99 faiz azalır, eyni zamanda, tikinti materiallarına qənaət edilir.
Sahəsi təqribən 134 kvadratmetr olacaq hər evin həyətində hovuz və istirahət sahəsi nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər