Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.
Aprelin 9-da təşkil olunacaq növbəti təlim “Sosial innovasiyalarda İsveçrə modeli” mövzusuna həsr ediləcək. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Cenevrə Beynəlxalq Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsindən məzun Günay Muxtarovadır.
Təlimdə iştirak etmək üçün nazirliyin saytında müvafiq link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər