Tyutor hazırlığı üzrə təlim proqramı keçirilir

Tyutor hazırlığı üzrə təlim proqramı keçirilir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən tyutor (akademik məsləhətçi) hazırlığı üzrə təlim proqramı keçirilir.
Təlimdə təhsil qanunvericiliyi, tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri, ingilis dili səviyyəsinin yüksəldilməsi və s. məsələlər barədə məlumat verilir.
Ödənişli əsaslarla distant formada (“Microsoft Teams” platformasında) təşkil olunan təlim fevralın 25-dək davam edəcək.
Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara imtahandan topladıqları ballara uyğun sertifikat təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər