“Ermənistanın Baş naziri Nikol Paşinyanın strateji müttəfiqlə münasibətlər çərçivəsində hərbi-texniki və ümumiyyətlə, ikitərəfli hərbi formatın dəqiq adlarını xatırlamır, bilmir və hətta təsəvvür etmir”.
Bunu Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində Paşinyanla Rusiya Preizdenti Vladimir Putinin görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, iclasın ilk kadrlarından bir daha aydın olur ki, bütün erməni xalqının adına utanc gətirən "bu cahil və səliqəsiz avara" hələ də Ermənistanı və erməni xalqını təmsil edir.
“Özünün 4 dəqiqə 37 saniyəlik giriş nitqində bu cılız 10 dəfə öz “şparqalka”sına baxmağı bacardı. Düz 10 dəfə”, - deyə Aşotyan yazıb.
Xatırladaq ki, Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Tehsil-press.az