Azərbaycan İlahiyyat İnstitutunda yaz semestrində tədrisin məsafədən təşkili məsələsi müzakirə olunub

Azərbaycan İlahiyyat İnstitutunda yaz semestrində tədrisin məsafədən təşkili məsələsi müzakirə olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi şuranın növbəti onlayn iclası keçirilib. İclasda ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili məsələsi müzakirə olunub.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov 2020/2021-ci tədris ilində yaz semestri dərslərinin məsafədən təşkilinin uğurla davam etdiyini vurğulayıb.
İnstitutun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov pandemiya dövründə yaz semestrində tədrisin keyfiyyəti və səmərəliliyindən bəhs edib. O, tədris prosesində qarşıya çıxan problemlər barədə danışıb.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali məktəbin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktoranturaya qəbulla bağlı məsələlərə də toxunub, həmçinin institutun kitabxanası və onun fəaliyyəti barədə məlumat verib.
İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova yaz semestrində dərslərin məsafədən təşkili, tələbələrin dərsə davamiyyəti, kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib. Tələbələrin pandemiya dövründə asudə vaxtlarının təşkili üçün dekanlığın “Rəhbərlik proqramı” çərçivəsində keçirdiyi vebinarlar barədə məlumat verib.
İclasda, həmçinin magistrant və doktorantların elmi konfranslarda iştirakına toxunulub, yekun dövlət attestasiyasına hazırlıqdan söz açılıb.
Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov ərəb dili üzrə təşkil olunan kurslardan danışıb.
İclas müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər