Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin psixoloqla onlayn görüşü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin psixoloqla onlayn görüşü keçirilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə onlayn görüşü təşkil olunub.
Görüş mövcud pandemiya dövründə dərslərin məsafədən keçirilməsi zamanı tələbələrdə yarana biləcək stres vəziyyətlərini araşdırıb aradan qaldırmaq məqsədilə keçirilib.
İ.Kazımlı I kurs tələbələrinin dərslərin məsafədən təşkili zamanı yarana biləcək çətinliklərinin aradan qaldırılması ilə bağlı tövsiyələrini verib. Psixoloq gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Bəzi problemlərin həllində psixoloji durumun kömək göstərə biləcəyini də nəzərə çatdırıb.
Görüş zamanı tələbələr onları maraqlandıran sualları psixoloqa ünvanlayıblar.
Qeyd edək ki, karantin dövründə tələbələrin onlayn dərslərdə fəal iştirak etmələri, pandemiya zamanı stresdən uzaq qalmaq və xüsusi karantin rejiminə adaptasiya ilə bağlı problem yaşayan tələbələrlə psixoloqun mütəmadi olaraq onlayn görüşləri təşkil olunur. Həmçinin İ.Kazımlı problemli tələbələrlə fərdi onlayn məsləhətləşmələr də keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər