“Sen çal kapımı” serialının aktyoru Kerem Bürsin müzakirələrə səbəb olan açıqlama verib.
O, eyni layihədə yer aldığı Hande Erçellə instaqramda canlı yayımda olarkən pandemiya dövründə restorana gedənləri təhqir edib.
“Kafelərə gedirsiniz, üstəlik maskalarınızı da çıxarırsınız. Bağışlayın, amma axmaqsınız”,- deyə aktyor bildirib.
Onun danışıq üslubu əksər izləyiciləri qıcıqlandırıb və Bürsin sosial şəbəkələrdə linç olunub.
Bundan sonra Kerem instaqramda paylaşım edərək hər kəsdən üzr istəyib: “Təəssüf ki, dünən istifadə etdiyim “axmaq” sözü düzgün və xoş bir seçim deyildi. Bu səhvim üçün üzr istəyirəm. Son bir ildir ki, pandemiya prosesindəyik və bu, heç kim üçün asan deyil. Virusun qarşısını alan və riski azalda biləcək tək şey maska taxmaqdır.
Gündəlik xəstəlik sayına görə dünyada ilk sıralardayıq. Sosiallaşacağıqsa, bu, maska taxmaq məsuliyyətini öz üzərinə götürmək deməkdir”.
Tehsil-press.az