Bayden amerikalılardan maska taxmağı tələb edəcək

Bayden amerikalılardan maska taxmağı tələb edəcək ABŞ-ın seçilmiş Prezidenti Co Bayden vətəndaşlardan maska taxmağı tələb etmək niyyətindədir.
“Bizim Administrasiya harada bacarırsa, orada maska taxmağı tələb edəcək - federal işçilərdən, federal binalarda və ştatlar arası səfərlərdə, məsələn, təyyarələrdə və qatarlarda”, - Bayden Delaverdə çıxışı zamanı deyib.
Qeyd etmək lazımdır ki, maskaların taxılması ilə bağlı qaydaların əksəriyyəti ştatlar və ya bələdiyyələr tərəfindən müəyyən edilir, buna görə də bütün amerikalılardan maska taxıb-taxmamağı federal hökumət tələb edə bilməyəcək.
ABŞ “COVID-19”a yoluxma sayına görə dünyada birinci yeri tutur. Bütün pandemiya ərzində 19 milyondan çox amerikalı koronavirusa yoluxub, onlardan 300 mindən çoxu dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər