ADPU-da “Bizim ölməz şəhid müəllimlərimiz” adlı vebinar keçirilib

ADPU-da “Bizim ölməz şəhid müəllimlərimiz” adlı vebinar keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Sevda Ağayevanın təşəbbüsü, universitetin Tarix və coğrafiya fakültəsi və Xarici Dillər Mərkəzinin təşkilatçılığı ilə “Our İmmortal Martyred Teachers” (Bizim ölməz şəhid müəllimlərimiz) adlı ingilis dilində vebinar keçirilib. Vebinar ADPU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunlarının xatirəsinə həsr olunub.
Zoom platformasında keçirilən vebinarda fakültənin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müəllimləri, ADPU-nun məzunlarından Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın məktəbli oğlu Mərdan, Bakı şəhərinin müxtəlif məktəblərindən olan məktəblilər iştirak ediblər.
Fakültənin dekan müavini dosent Mətanət Əsgərova bütün iştirakçıları salamlayaraq bu tip görüşlərin şəhidlərimizin təbliği və məktəblilərin tərbiyəsində oynadığı önəmli roldan söz açıb.
Tədbirdə çıxış edənlər şəhid müəllimlərimizin həyatından, qəhrəmanlıqlarından danışıb, şeirlər səsləndiriblər. Şəhid tələbə və məzunların həyatından bəhs edən videoçarxlar nümayiş edilib. Kiçik yaşlı məktəblilərin mükəmməl çıxışları tədbirə xüsusi rəng qatıb.

Tehsil-press.az

Oxşar xəbərlər