Qırğızıstanda seçkilər keçirilir

Qırğızıstanda seçkilər keçirilir Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilir.
Saat 10:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumata əsasən, seçici fəallığı müvafiq olaraq 5,19% və 5,04% təşkil edib.
Referendumda artıq 181 801 seçici, yerli seçkilərdə isə 172 139 seçici səs verib.
Referendumda seçicilərin 30%-dən çoxu iştirak edəcəyi təqdirdə o, baş tutmuş hesab olacaq. Qırğızıstan Prezidenti Sadır Japarov artıq səs verib.

Tehsil-press.az

Oxşar xəbərlər