Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimov Dünya Urdu Assosiasiyası və Cəvahirləl Nehru Universitetinin Urdu dili fakültəsinin birgə təşkil etdiyi “Urdu dilinin aktual problemləri” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.
Konfransa Hindistan, Pakistan, Türkiyə, Misir, Banqladeş, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Danimarka, Avstriya, Özbəkistan və Yaponiyadan olan urdu dili mütəxəssisləri qatılıblar. Eldost İbrahimov konfransın ikinci panel iclasına sədrik edərək Azərbaycanda, BDU-da bu il yaradılmasının 20-ci ildönümü tamam olan Urdu dili şöbəsinin tarixi, o cümlədən Bakı Dövlət Universitetində urdu dilinin tədrisi barədə geniş məlumat verib.
Tehsil-press.az