BDU-da onlayn seminar: urdu dilini öyrənməyin texnikaları

BDU-da onlayn seminar: urdu dilini öyrənməyin texnikaları Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dil kimi urdu dilini öyrənməyin texnikaları” mövzusunda onlayn seminar keçirilib.
Seminarda Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müəllimi Eldost İbrahimov mövzu çərçivəsində təqdimatla çıxış edib. O, hazırkı dövrdə sərhədlərin önəm daşımadığını, fərdi dil və ünsiyyət bacarıqlarının artıq dünyanın böyüklüyünü təyin etdiyini, bu səbəbdən xarici dil öyrənməyi fərdi və ictimai inkişafın mühüm amili kimi qiymətləndirib.
Çıxışda xarici dil öyrənmənin üsul və vasitələri, induktiv yanaşma, kommunikativ dil tədrisi, verbal faktorlar, elektron resurslar və internetin yaratdığı imkanlardan istifadə, oxuyub anlama, danışma, dinləyib yazmaq metodları, lüğətdən istifadə ilə bağlı ətraflı məlumat verilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan seminar iştirakçıların marağına səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər