
Məqalədə süni intellekt sistemlərinə leqal anlayışın verilməsi, rəqəmsal hüquqlarla bağlı normaların redaktəsi, kibertəhlükəsizliyin təmin olunması üçün kibermədəniyyətin artırılması məsələləri üzrə bir çox təkliflər verilib, süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqlarının rəhbər tutulması, “mənəvi yanaşma” prinsipinin əsas götürülməsi və şəxsi həyatın toxunulmazlığının təmin olunmasına diqqət çəkilib.
Qeyd edək ki, jurnal 1982-ci ildən Padova Universitetinin “Antonio Papisca” İnsan Hüquqları Mərkəzi tərəfindən buraxılır. Jurnal “Google Scholar”, “Ebsco Host”, “Database of Open Access Journal”, “The European Reference Index for the Humanities and the Social Sciences” ilə indeksləşdirilib.
Tehsil-press.az