Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində növbəti Hüquq Müzakirə Forumu keçirilib.
Forumda Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq məsləhətçisi, BDU-nun Korporativ hüquq və idarəetmə fənni üzrə müəllimi Fərahim Hüseynzadə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahları anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM mübarizə sahəsində rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə geniş məlumat verilib.
Forumda eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüquq normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az