BDU-da hüquq müzakirə forumu keçiriləcək

BDU-da hüquq müzakirə forumu keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində növbəti hüquq müzakirə forumu keçiriləcək.
Forumda Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq məsləhətçisi, BDU-nun Korporativ hüquq və idarəetmə fənni üzrə müəllimi Fərahim Hüseynzadə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda təqdimat edəcək.
Qeyd edək ki, forumun nəzəri hissəsində çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahları anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM ilə mübarizə sahəsində rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə məlumat veriləcək.
Forumun praktik hissəsində isə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüququn normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər