Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi, Energetika və avtomatika fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseynqulu Quliyevin Rusiyada bu ölkənin alimləri ilə birlikdə hazırladığı monoqrafiya çap olunub.
“Külək energetikasının regional problemləri” adlı monoqrafiyada dünya və regionun külək energetikasının müasir vəziyyəti, perspektiv inkişaf istiqamətləri təhlil olunub.
Nəşrdə dünyanın, o cümlədən Azərbaycanın xarakterik regionları üçün küləyin sürətinin və külək aqreqatlarının hasilat gücünün proqnozlaşdırılmasına dair çoxsaylı təcrübi hesabat nəticələri də qeyd olunub. Həmçinin külək enerji qurğuları qoşulmuş elektrik şəbəkələrinin iş rejimlərinin modelləşdirilməsi, enerji sisteminə inteqrasiyası və idarə olunması problemləri monoqrafiyada əksini tapıb.
Tehsil-press.az