BDU: Tələbələr onlayn formatda təşkil olunan dərslərdə fəal iştirak edirlər

BDU: Tələbələr onlayn formatda təşkil olunan dərslərdə fəal iştirak edirlər Bakı Dövlət Universitetində (BDU) onlayn dərslər uğurla davam etdirilir.
Bakalavriat və magistratura səviyyələri üzrə “Microsoft Teams” platforması üzərindən mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsini təmin etmək məqsədilə sistemə əlavə edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır. Tələbələr dərslərin videoqeydiyyatından səmərəli yararlanırlar.
Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq mərkəzlər, fakültə dekanlığı və kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə yekun dövlət imtahanı üçün ayrılan sualların izah edilməsi, buraxılış işləri və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.
Eyni zamanda, Təhsil Nazirliyinin 2021-ci il 15 fevral tarixli məktubuna müvafiq olaraq bakalavriat səviyyəsi üzrə Kimya, Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə laboratoriya dərsləri, Şərqşünaslıq fakültəsi üzrə praktiki fənlərlə bağlı məşğələ dərsləri könüllülük əsasında ənənəvi formada təşkil olunur. Ümumilikdə 170 qrup üzrə 3500 tələbə ənənəvi formada tədris prosesinə cəlb edilib. Tələbələrin 95 faizdən çoxu ənənəvi və onlayn formada təşkil olunan dərslərdə fəal iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər