Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycanın hücum diplomatiyası və xarici siyasətimizin əsas prioritetləri” mövzusunda vebinar keçirilib.
Vebinarda Beynəlxalq münasibətlər kafedrasının müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimovun məruzəsi dinlənilib. Məruzəçi 44 günlük Vətən müharibəsi dövründə uğurlu xarici siyasətin ərazi bütövlüyümüzün bərpasındakı rolundan bəhs edib. Çıxışda Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olması dövlətimizin başçısının uğurlu diplomatik siyasətinin real nəticəsi olaraq diqqətə çatdırılıb.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov Vətən müharibəsinin regionda tamamilə fərqli bir reallıq formalaşdırdığını vurğulayıb.
Diskussiya şəraitində davam edən vebinarda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər.
Tehsil-press.az