Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Tarix fakültələrinin birgə təşkilatçılığı ilə “Azərbaycanın ictimai həyatında gənclərin rolu” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev Azərbaycanda gəncliyin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edib.
YAP Veteranlar Şurasının üzvü İsgəndər Quliyev çıxışında 1990-cı illərin əvvəllərində Azərbaycanın öz müstəqilliyini əldə etməsinə baxmayaraq, həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün strukturlarında boşluq yaşandığını, bundan istifadə edən erməni silahlı qüvvələrinin hücum edərək torpaqlarımızın 20 faizə qədərini işğal etdiyinə diqqət çəkib. Həmin dövrdə Naxçıvan MR-in Ali Məclisinin sədri kimi fəaliyyət göstərən müdrik rəhbər Heydər Əliyevin xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtmasından sonra dövlətimizi parçalanmaqdan, beynəlxalq aləmdən təcrid olunmasından xilas etdiyini vurğulayıb. Bu gün isə qalib ölkənin vətəndaşı kimi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edən ordumuzun qazandığı qələbələrdən, Müzəffər Ali Baş Komandanın əzmli siyasi və hərbi fəaliyyətindən söz açıb.
Tədbirdə Milli Məclisin deputatı Elnur Allahverdiyev, BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Filologiya fakültəsinin tələbəsi Rəhiməxanım Əlipənahova çıxışlarında dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.
Tehsil-press.az