BDU-da tədbir: Azərbaycan gəncliyi beynəlxalq arenada

BDU-da tədbir: Azərbaycan gəncliyi beynəlxalq arenada Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat, coğrafiya və şərqşünaslıq fakültələrinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi beynəlxalq arenada” adlı onlayn tədbir keçirilib.
Tədbir “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində reallaşıb. Filologiya fakültəsinin I kurs tələbəsi Ruslan Babayevin moderatorluğu ilə keçirilən tədbirdə Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadə çıxış edərək Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələrindən, BDU tələbələrinin bu sahədəki uğurlu fəaliyyətindən danışıb.
Tədbir Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Nigar Allahverdiyevanın çıxışları ilə davam edib. Çıxışlarda beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti, tarixi və həqiqətlərinin tanıdılması işində, beynəlxalq konfrans, seminar və tədbirlərdə Azərbaycan gəncliyinin fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər