Dövlət İmtahan Mərkəzi (DİM) fransız dili üzrə bilik və bacarıqların qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə qiymətləndirmə ekspertlərinin peşəkar inkişafı istiqamətində Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu (IFA) ilə əməkdaşlığa başlayıb.
Qurumlar arasındakı razılığa əsasən DİM-in fransız dili fənni üzrə ekspertləri IFA tərəfindən təşkil edilən fransız dilinin qiymətləndirilməsi üzrə 5 günlük təlimdə iştirak edirlər.
Təlim xarici dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) səviyyələrinə (A1 – C2) əsasən müxtəlif dil bacarıqlarının ölçülməsinə dair nəzəri məlumat və praktik tapşırıqların hazırlanmasını əhatə edir. Təlimdə DİM-in 1 əməkdaşı və 2 fransız dili eksperti iştirak edir.
Təlimçi DELF-DALF imtahanlarının yoxlama-ölçmə materiallarının hazırlanması üzrə eksperti Julie Viauxdur.
Qeyd edək ki, təlim pandemiya ilə əlaqədar bütün profilaktik tədbirlər – binaya daxil olarkən iştirakçıların bədən hərarətlərinin ölçülməsi, tibbi maskadan istifadə, təlim otağında iştirakçıların yerləşdirilməsi zamanı lazımi sosial məsafəyə riayət edilməsi və digər tələblər nəzərə alınaraq əyani şəkildə keçirilir.
Tehsil-press.az