2019- cu il oktyabr ayının birinci ongünlüyündə Bakı Biznes Universitetində "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ proqramı çərçivəsində həyata keçirilən və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin təlimləri keçirilmişdir. Təlimlərin məqsədi Azərbaycan Universitetlərində daxili keyfiyyət təminatının qurulması üçün standartları, qaydaları və prosesləri müəyyənləşdirəcək "bələdçi"nin hazırlanmasıdır.
Təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Avropa tərəfdaş Universitetlərinin ekspertləri və layihənin 11 yerli tərəfdaş Universitetinin nümayəndələri iştirak etmişdir.
Təlimlərdə keyfiyyət təminatı üzrə proqram təminatının işlənilməsinin qiymətləndirilməsi aparılmış, daxili keyfiyyət təminatı standartlarının hər biri üzrə ayrı-ayrılıqda prosesləri müəyyənləşdirilmiş və qruplar şəklində təqdimatlar aparılmışdır. Təlimlərin sonunda proseslərin təkmilləşdirilməsi istiqamətində ekspertlər tərəfindən təkliflər verilmişdir.

BBU-nun Mətbuat Xidməti