Bakı Ali Neft Məktəbində YAP Gənclər Birliyinin üzvləri ilə görüş

Bakı Ali Neft Məktəbində YAP Gənclər Birliyinin üzvləri ilə görüş Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elmar Qasımov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavinləri Sevinc Qasımova və Fəsli Nəbiyev də iştirak ediblər.
Görüş iştirakçılarına ali məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib, kampus ərazisində tur təşkil edilib.
Tədbirdə çıxış edən Elmar Qasımov Yeni Azərbaycan Partiyasının sıralarına üzv olan gənclərin hər zaman ictimai-siyasi mühitdə formalaşdığını qeyd edib. O, həmçinin partiyanın müasir Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında əvəzsiz rolu olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Ali Neft Məktəbinin kampusunun açılışındakı nitqini əks etdirən videoçarx nümayiş olunub.
Bəxtiyar İslamov dəvət üçün rektor Elmar Qasımova YAP Gənclər Birliyinin adından təşəkkürünü bildirib. Bu cür görüşlərin əhəmiyyətini vurğulayan YAP Gənclər Birliyinin sədri BANM-in ölkənin sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacının ödənilməsində vacib rol oynadığını bildirib.
Görüş iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər