BDU-da “Güc birlikdədir” adlı onlayn tədbir keçirilib

BDU-da “Güc birlikdədir” adlı onlayn tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətin (TEC) birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Güc birlikdədir” adlı onlayn tədbir keçirilib.
Fakültənin TGT sədri Əli Qədirlinin moderatorluğu keçirilən tədbirdə TEC sədri Rahilə Əhmədovanın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən əlamətdar günün yaranma tarixindən danışıb.
Sonra fakültənin dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli, kafedra müdirləri Famil Çıraqov, Rasim Alosmanov və İbrahim Məmmədov, BDU-nun TGT sədri Nicat İsmayılov və fakültənin I kurs tələbəsi Zəkiyyə Məmmədovanın çıxışları dinlənilib.
Tədbir tələbələrin tarixi gün ilə bağlı çıxışları ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər