Bakı Slavyan Universiteti təhsil ocağının sabiq şöbə müdiri Dürdanə Əliyeva ilə bağlı KİV-də yayılan xəbərlərə münasibət bildirib.
Universitetin rektoru Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Təhsil Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.
"Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur", - deyə BSU-nun açıqlamasında bildirilir.
Tehsil-press.az