USAID-in yeni rəhbəri ermənipərəst Samanta oldu

USAID-in yeni rəhbəri ermənipərəst Samanta oldu ABŞ-ın vitse-prezidenti Kamala Harris Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yeni rəhbəri Samanta Pauerə and içdirib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Mərasimdə USAID-in yeni rəhbərinin həyat yoldaşı, qızı, oğlu və ögey atası iştirak ediblər.
Pulitser mükafatı laureatı (2003), 50 yaşlı irlandiyalı Samanta Pauer 2003-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini tuturdu.
S.Pauer ermənipərəst mövqeyi ilə seçilir. Daha əvvəl o, növbəti dəfə ermənilərə dəstəyini nümayiş etdirərək tvitter səhifəsində “erməni soyqırımı”na aid silsilə tvitlər yazmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər