Beyləqan rayonunun Baharabad kənd sakinləri yeni tibb məntəqəsinin açılışını qeyd ediblər. Tədbirdə ABŞ səfirinin müavini cənab Vilyam Gil, İqtisadiyyat və Səhiyyə nazirlikləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, habelə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iştirak ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Tehsil-press.az-a daxil olan məlumata görə, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
“Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik,” - deyə cənab Gil qeyd etdi.
“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Və Baharabad sakinləri bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni tibb məntəqəsinin açılışında iştirak edirik”, - Vilyam Gil Dedi.
Uzun illər icmanın tibbi ehtiyacları bələdiyyə binasının bir otağında qarşılanırdı. Binanın özü yararsız vəziyyətə düşdüyündən icmanın səhiyyə ehtiyaclarını ödəmək üçün əlverişsiz idi. EWMI-in texniki dəstəyi ilə, icma üzvləri yerli və regional hökumət qurumları ilə işləyərək yeni tibb məntəqəsini inşa etdilər. Üç müayinə otağı və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Baharabad kəndinin 1.450 sakininin gündəlik səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI təşkilatı Azərbaycanın 77 icmasında 120.000-ə yaxın insana fayda verən 87 layihə tamamlayıb. USAID-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı vasitəsilə EWMI təşkilatı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət qurumları arasında əməkdaşlığı təşviq edir.
Tehsil-press.az