Parlament səsverməsi nəticəsində 66 yaşlı Vin Mint Myanmanın yeni prezidenti seçilib.
Onun namizədliyini səsvermədə iştirak edən 636 deputatın böyük əksəriyyəti (403) dəstəkləyib.
Xatırladaq ki, martın 21-də Myanma prezidenti Thin Çjo 2 illik fəaliyyətindən sonra istefaya getmək istədiyini açıqlayıb. 71 yaşlı eks-prezidentin bu addımı ağır xəstəliyi ilə əlaqdar atdığı iddia edilirdi.
Qeyd edək ki, ölkədə böyük nüfuza sahib olan Nobel mükafatı laureatı, Myanmanın XİN rəhbəri və dövlət məsləhətçisi (baş-nazir postuna bərabərdir) Aun San Su Çji prezident seçilə bilməz. Belə ki, Myanmada yüksək dövlət postuna qohumları arasında digər ölkə vətəndaşları olan şəxslərin seçilməsi qadağandır. Aun San Su Çji isə britaniyalı alimin həyat yoldaşı olub, iki oğlu isə Birləşmiş Krallıq vətəndaşlarıdır, Londonda yaşayırlar.
Tehsil-press.az