Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” II Respublika onlayn elmi konfransı keçirilib.
Konfransda Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət”, həmin kafedranın doktorantı Sevinc Saruxanova “Xərə Zirə adasında ceyran populyasiyasının tarixi və gələcək perspektivləri”, Coğrafi ekologiya kafedrasının II kurs magistrantı Aysel Hacıyeva “Dinamika lesnoqo pokrova severnoqo sklona Bolşoqo Kavkaza po dannım kosmiçeskoy informatsii” və Ekoloji kimya kafedrasının I kurs magistrantı Xaliqə Cəfərova “Xəzər dənizindən götürülmüş su nümunələrində fenol və fenol tipli birləşmələrin təyini” mövzularında məruzə ediblər.
Çıxışlarda ətraf mühitin qorunması sahəsində prioritet məsələlərin üzə çıxarılmasından, innovativ istiqamətlərin müəyyənləşdirilməsindən, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırmalara marağının artırılmasından, elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən mühüm nəticələrindən bəhs olunub.
Tehsil-press.az