Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” adlı VII Respublika elmi konfransı öz işinə başlayıb.
Plenar iclası giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Ekologiya və torpaqşünaslıq fakültəsinin əldə etdiyi elmi uğurlardan, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov “Aqromeşə və meşəmelorasiya tədbirləri ilə yanaşı Tuqay meşə fondu torpaqlarında və Abşeron yarmadasında dendrologiya elminin tələbləri”, Ekoloji kimya kafedrasının magistrantı Ülkər Abdullayeva “Torpaqda Cd(II) və Pb(II) ionlarının AAS metodu ilə təyini” məruzələri ilə çıxış ediblər. Konfrans işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfransa respublikanın müxtəlif elm və təhsil müəssisələrindən 150-dək məqalə təqdim edilib.

Hikmət Əliyev