Hər bir ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən başlıca amillərdən biri onun təhsilidir. Maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisi olan təhsil hər zaman əsas və gərəkli fəaliyyət istiqaməti olub. Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin həyata keçirdiyi ciddi islahatlar bu gün də təhsil sahəsinin əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynayır. Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” məntiqi fikri onu göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil edib. Son dövrlər həyata keçirilən islahatlar da ulu öndər Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğunu göstərir.
Bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Uğurlu təhsil strategiyasının yaradıcısı” məqaləsində yer alıb.
“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”, - deyən Ulu Öndər Azərbaycanın dünyaya inteqrasiyasını və beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi qarşıya qoymuşdu. Ümummilli Lider ölkədə təhsil islahatlarının aparılmasının zəruriliyini vurğulayaraq hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Təhsil sisteminin nə qədər dəyərli olduğunu göstərməyə çalışan görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi ki, “Azərbaycanda yüksək savada, biliyə, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi, bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi, bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır”.
Müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmırdı. Eyni zamanda, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkirdi. Azərbaycana rəhbərliyinin ilk illərində ölkədə təhsil islahatlarının aparılmasının zəruriliyini vurğulayan dahi lider cəmiyyətin bütün sahələrində inkişafa gedən yolun elm və təhsildən keçdiyini qeyd edirdi. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təhsillə bağlı qəbul etdiyi “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumi təhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və “Kənd ümumi təhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarları nəticəsində Azərbaycanda orta ümumi təhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilib ki, bu da yüzlərlə ucqar yaşayış yerlərində orta ümumi təhsil məktəblərinin açılması, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi o illərdə keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışırdı. Onun təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyev o illərdə Azərbaycandan kənarda təhsil almış yüksəkixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, xalqın intellektual yüksəlişini diqqət mərkəzində saxlayıb. “İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycan öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsilini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”, - deyən görkəmli dövlət xadimi Heydər Əliyev təhsil strategiyasının reallaşdırılması məqsədilə ciddi tədbirlər həyata keçirdi, mühüm tarixi fərman və sərəncamlar imzaladı. Ümummilli Liderin 2002-ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikası ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı milli təhsil sisteminin inkişafında vacib amillərdən biri oldu. Bu Sərəncam ümumi təhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin 2003-cü il fevralın 17-də imzaladığı “Azərbaycan Respublikasında yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədi idi.
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, - deyən Ümummilli Lider yaxşı bilirdi ki, dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələr qurmaq, sosial-iqtisadi və digər sahələrdə nailiyyətlər əldə etmək, bir sözlə, tərəqqiyə gedən yol təhsildən keçir. Elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Dahi lider çıxışlarında da təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu dönə-dönə vurğulayırdı. O deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə olan halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Buna görə də müstəqillik qazandıqdan sonra dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycanda strateji sahə olaraq təhsil sistemində köklü islahatlar aparılması dövlətin ali məqsədinə çevrildi.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin uğurlu davamı Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncam və proqramlarda özünü göstərir. Dövlətimizin başçısının yüksək diqqəti və göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Şübhəsiz ki, bütün bunlar ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü il oktyabrın 24-də təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əhəmiyyətinə görə olduqca dəyərli tarixi sənəddir. Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir. Göründüyü kimi, dahi rəhbər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradılır. Tarixi təcrübə də göstərir ki, təhsilə yüksək qiymət verən dövlət rəhbərləri bu yolla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, eyni zamanda, qlobal inteqrasiya və inkişafa böyük töhfə vermiş olurlar. Bu mənada Ulu Öndərin təhsilimizin inkişafına göstərdiyi qayğı və diqqət, yürütdüyü uğurlu təhsil siyasəti Azərbaycan təhsilinin möhkəm təməllər üzərində inkişaf etdirilməsi üçün zəmin rolunu oynayır, dünyaya inteqrasiya və müasir tələblər səviyyəsində davamlı inkişaf üçün yeni perspektivlər açır.
Tehsil-press.az