Mayın 11-də 175 saylı Kazan gimnaziyasında qətliam törədərək 10 nəfəri öldürən 19 yaşlı İlnaz Qalyaviyevlə bağlı bəzi təfərrüatlar açıqlanıb.
Tatarıstan Daxili İşlər Nazirliyi qatilin qətliam zamanı tək olduğu versiyası üzərində dayanır. İstintaqın ilkin versiyasına görə, dörd il əvvəl bu gimnaziyanı bitirən İlnaz bu qətliamı keçmiş müəllimlərdən intiqam almaq üçün törədə bilərdi. İstintaq Komitəsi ilk növbədə Qalyaviyevin silah gəzdirmək icazəsininin qanuniliyini yoxlayır. O cümlədən, təhsil müəssisəsinin təhlükəsizliyinin necə təşkil edildiyi barədə sualları var.
İlnaz Qalyaviyev Türkiyə istehsalı olan “Hatsan ESCORT” silahı ilə mayın 11-də təxminən səhər saat 9-da evdən çıxıb. O, 175 saylı gimnaziyaya iki yüz metr məsafədə yaşayırmış. Kamera görüntülərə görə, o, gimnaziyayadək olan yolu sakitcə gedib, hətta küçədə gördüyü dostuna əl yelləyib. O içəri girəndən təxminən bir neçə dəqiqə sonra yerli polis bölməsinə gimnaziyanın idman salonunda atəş səsləri gəlməsi barədə ilk məlumat daxil olub. İlk polis heyəti dörd dəqiqəyə hadisə yerinə çatsa da, qatil artıq qan tökməyə müvəffəq olub.
İdman salonunda mühafizə olmayıb. Yalnız təhsil müəssisəsinin rəhbərliyi tərəfindən işə götürülən təqaüdçü Mullanur Mustafin nəzarətçi kimi işə çıxıbmış. Elə ilk o, İlnazı dayandırmağa çalışıb, ancaq qatil ona bir neçə dəfə atəş açıb. Sonra üçüncü mərtəbəyə qalxıb və siniflərdən birinə girib. Orada 8 "A" sinfinin ingilis dili dərsi keçirilirmiş. Qatil orada dörd oğlan, üç qız və bir müəlliməni gülələyib. Oradan çıxanda isə dəhlizdə ibtidai sinif müəllimi 55 yaşlı Venera Aizatovanı öldürüb.
Məktəbdə isə panika başlayıb. Gimnaziyada oxuyanların bəziləri xilas olmaq üçün özlərini pəncərələrdən atmağa başlayıblar. İki şagir də bu zaman ağır xəsarətlər alıb. Bu anda məktəbdə bir partlayış da olub, pəncərələr yerə uçub.
Qalyaviyev özü əllərini yuxarı qaldıraraq idman salonundan çıxıb. Yerli polis bölməsinə aparılıb. Ölən uşaqların qohumlarının onu linç etməməsi üçün ətrafda polsi koridoru qurulub. Qatil isə susmayıb, ətrafa ana söyləşləri edib, hamıdan nifrət etdiyini, anasından və atasından isə imtina etdiyini söyləyib, özünün isə “yüksək varlıq olduğunu” bağırıb.
Əvvəl onun cinayəti tək törətmədiyi, hətta onunla gələn başqa bir nəfərin məhv edildiyi xəbərini isə Tatarıstan Daxili İşlər Nazirliyi rəsmən təkzib edib. Hücumdan əvvəl Qalyaviyevin mənzilini minaladığı barədə də məlumatlar var idi. Amma minaxtaranlar orada partlayıcı maddə aşkar etməyiblər.
Son məlumatlara görə, hücum nəticəsində 21 nəfər yaralanıb ki, onlardan 18 nəfəri məktəblidir. Onların əksəriyyəti müxtəlif dərəcəli güllə yaraları alıblar. Yeddi nəfərin vəziyyəti ağırdır. Ölkənin ən yaxşı həkimləri lazımi köməklik göstərmək üçün Tatarıstana gəlməyə hazır olduqlarını bildiriblər.
Qalyaviyevin gimnaziyaya hücumu əvvəldən hazırlaşdığı məlum olub. Faciədən bir gün əvvəl Qalyaviyevin bir teleqram kanalı üzərindən təhdid mesajı paylaşıb, insanları "biotullantı” adlandırıb, onların “aradan qaldırılması” üçün hazırlaşdığını bəyan edibmiş. Fotoşəkildə o, eynəkli və üzünü gizlədən qara maskada olub. Arxasında isə iri "Allah" yazısı göstərilib.Tezliklə bu Telegram kanalı bloklanıb.
Qalyaviyevin gimnaziyanı bitirəndən sonra adi bir həyat yaşadığı məlumdur. Bəzi məlumatlara görə, təhsil aldığı müddətdə sinif yoldaşları ilə heç bir qarşıdurması, düşmənçiliyi olmayıb. Tələbə və müəllim yoldaşlarına qarşı həmişə sakit davranıb. Atasının dediyinə görə, dinə də həvəs göstərməyib.
Bildirilir ki, Qalyavyiev rəsmi olaraq silah icazəsini bu ilin aprel ayının 28-də alıb. Mart ayında Rusiya Qvardiyasının yerli şöbəsinə lisenziya üçün sənədlər təqdim edib və bir ay sonra icəzəni əldə edib. Sonra isə 2017-ci ildə istehsal olunmuş “Hatsan ESCORT” tüfəngini alıb. Qalyaviyev silah almaq üçün Yoşkar-Ola gedib. Satıcılar müstəntiqlərə deyiblər ki, İlnaz uzun müddət hansı silah alacağına qərar verə bilməyib, nəhayət, Türkiyə istehsalı olan silahı götürüb.
Hüquq-mühafizə orqanları indi onun silah lisenziyası almasının şərtlərini araşdırır: tibbi komissiyadan harada və necə keçib, psixiatr və ya narkoloq rəy veribmi və sairə... Həkimlərin sertifikatı qanunsuz olaraq verdikləri ortaya çıxsa, onlara qarşı da cinayət işi başlanıla bilər.
Qalyaviyevin ilkin dindirmədə özünü qəsdən ağlıdan kəm kimi apardığına dair şübhələr var, bu səbəbdən onu hələ geniş tibbi müayinəyə göndərməyiblər. Hər şeydən əvvəl, kompleks psixoloji, psixiatrik və narkoloji müayinələr təyin ediləcək ki, bu da onun son zamanlarda hansı vəziyyətdə olduğu, narkotik və ya digər psixoaktiv maddələrdən istifadə edib- etmədiyi sualına cavab verməlidir.
Onun 21 yaşlı qardaşı var. İnsaf Qalyaviyev Kazan Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alır.
Tehsil-press.az