ABŞ-ın neft ehtiyatları azalır

ABŞ-ın neft ehtiyatları azalır Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 400 min barel (0,1 faiz) azalaraq 484,7 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,2 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 8 milyon barel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları da 1,4 milyon barel azalaraq 632 milyon barel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 400 min barel (0,1 faiz) artaraq 236,2 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 700 min barel çoxalmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər