ABŞ-ın neft ixracı kəskin azalıb

ABŞ-ın neft ixracı kəskin azalıb Birləşmiş Ştatların sutkalıq xam neft hasilatı azalıb.
Ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 1,1 milyon barrel azalaraq gündəlik orta hesabla 10,2 milyon barrel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,3 milyon barrel azalaraq sutkalıq 4,6 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1,5 milyon barrel geriləyərək gündəlik 2,3 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11 milyon barrel, gələn il isə 11,5 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barrel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

Tehsil-press.az


Oxşar xəbərlər