Myanmada etirazların dağıdılması - Qurbanların sayı 800-ü ötdü

Myanmada etirazların dağıdılması - Qurbanların sayı 800-ü ötdü Myanmada hərbi xuntaya qarşı etiraz aksiyalarının dağıdılması zamanı öldürülənlərin sayı 802-yə çatıb.
Bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.
Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 6 nəfər öldürülüb.
Bununla yanaşı, indiyədək aksiyaların 4 120 iştirakçısı saxlanılıb, 1 699 nəfərin barəsində həbs orderi çıxarılıb.

Tehsil-press.az


Oxşar xəbərlər