Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı

Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı Myanma təhlükəsizlik qüvvələrinin hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz nümayişlərinə silahlı müdaxiləsi nəticəsində ən az 16 nəfər ölüb.
Bu gün Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində təşkil edilən nümayişə müdaxilə edən ordu kütləyə atəş açıb. Nəticədə ən az 16 nəfərin həlak olduğu qeyd edilib.
Bununla da, təhlükəsizlik qüvvələrinin Myanmadakı etiraz aksiyalarına müdaxiləsi nəticəsində bu günə qədər həyatını itirənlərin sayı 344-ə çatıb.
Qeyd edək ki, Myanma ordusu ötən ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra fevralın 1-də rəhbərliyi ələ keçirib.
Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Çii da daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb və bir il boyunca fövqəladə vəziyyət elan edib.
Myanma xalqı demokratiyaya qayıtmağı tələb edərək fevralın 6-dan nümayişlərə başlayıb.
Ölkədə genişmiqyaslı nümayişlər davam edərkən həbsdə olan yüksək vəzifəli dövlət məmurları hərbi məhkəmədə mühakimə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər