“Ulu öndər Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse müsabiqəsinin qalibləri müəyyənləşib

“Ulu öndər Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse müsabiqəsinin qalibləri müəyyənləşib Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində “Ulu öndər Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda keçirilən esse müsabiqəsi başa çatıb.
Esse müsabiqəsinin keçirilməsinin əsas məqsədi xalqımızın dünya şöhrətli dövlət və siyasi xadimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik fəaliyyətini tələbə-gənclər arasında daha geniş miqyasda təbliğ etməkdir.
Ən dolğun esselər seçilib və həmin yazılar I, II və III yerlərə layiq görülüb. Xanım Qasımova I yeri, Gülnar Qənbərzadə II yeri, Zəminə Məmmədova isə III yeri tutub. Esse müsabiqəsinin qalibləri sertifikatla təltif ediliblər. Müsabiqədə könüllü iştirak etmiş və III yerə layiq görülmüş Zəminə Məmmədova Mingəçevir Dövlət Universitetinin tələbəsidir.
Esse müsabiqəsinin qalibi olan tələbə-gənclər onların yüksək səviyyədə təhsil almalarına və hərtərəfli formalaşmalarına göstərdiyi xüsusi diqqət və qayğıya görə BSU-nun rektoru, professor Nurlana Əliyevaya təşəkkür edərək göstərilən diqqət və qayğını, etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər