Peşə təhsili üzrə teledərslərin hazırlanmasında iştirak edənlər təltif olunub

Peşə təhsili üzrə teledərslərin hazırlanmasında iştirak edənlər təltif olunub Pandemiya dövründə peşə təhsili üzrə teledərslərin hazırlanması prosesində yaxından iştirak edənlərin təltif olunması məqsədilə peşə məktəblərinin mühəndis-pedaqoji heyəti və özəl sektor nümayəndələri ilə onlayn görüş keçirilib.
Görüşdə peşə təhsil pilləsində tədrisin fasiləsizliyinin təmin olunmasını, həmçinin distant (məsafədən) tədris prosesinin təşkilində rol oynayan əsas dəstəkləyici alət – teledərslərin əhəmiyyəti və bu çərçivədə görülmüş işlər barəsində məlumat verilib. Müəllimlər və özəl sektor mütəxəssisləri öz fikir və təkliflərini bölüşüblər. Sonda peşə təhsili üzrə teledərslərin hazırlanması prosesinə dəstək verənlər təltif olunub.
Qeyd edək ki, teledərslərin çəkilişinə 2020-ci ilin martından başlanılıb. 2020/2021-ci tədris ilində 31 ixtisas və 8 baza modulu üzrə 212 nəzəri və 161 praktiki olmaqla, ümumilikdə 373 dərs çəkilib. Teledərslərin çəkiliş prosesinə ümumilikdə 51 nəfər olmaqla, peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti ilə yanaşı özəl sektordan mütəxəssislər də cəlb edilib.

Tehsil-press.az


Oxşar xəbərlər