İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti üçün “Kurikulumun hazırlanması, tətbiqi və qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil-press.az-a bildirilib ki, peşə təhsili müəssisələrinin müəllim və istehsalat təlimi ustaları ilə yanaşı, özəl sektorun nümayəndələrinin də iştirak etdiyi təlim səriştə əsaslı kurikulum formatı, modul yanaşma, müasir təlim üsullarına aid mövzuları əhatə edib.
Həmçinin peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydası izah edilib və müvafiq suallar cavablandırılıb.
Təlim zamanı reklam işi, dərzi, bərbər-vizajist-manikürçü, sığorta agenti, aşpaz, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar, qənnadıçı-şirniyyatçı, təmirçi-çilingər, tədbir təşkilatçısı ixtisasları üzrə təhsil proqramları özəl sektorun nümayəndələri ilə müzakirə olunub, müvafiq düzəlişlər və əlavələr edilib.
Tehsil-press.az