Vüsal Hüseynov rəqəmdə səhv etdiklərini açıqladı

Vüsal Hüseynov rəqəmdə səhv etdiklərini açıqladı Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri - dəqiq göstərilməsi haqda xəbərlərə aydınlıq gətirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, buna səbəb sistemə məlumatların daxil edilməsi zamanı Xidmət tərəfindən xəta baş verməsi (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi) ilə əlaqədardır:
“Məlumatlara sistemdə artıq düzəlişlər edilmişdir. Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq.
Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Tehsil-press.az


Oxşar xəbərlər