Dövlət Miqrasiya Xidmətində (DMX) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
DMX-dən Tehsil-press.az-a bildiriblər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra dövlət bayrağına həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisidir. Qeyd edib ki, dərin köklərə malik dövlətçilik ənənələrimizin, əbədi müstəqilliyimizin, mühüm nailiyyətlərimizin təcəssümü olan bayraq gününün ölkəmizin hər bir guşəsində möhtəşəm bayram kimi qeyd edilməsi fərəhli haldır. Xidmət rəisi vurğulayıb ki, bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Ona görə də bu gün dövlət bayrağına məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilib.
Tədbirdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarixçi alim Kərəm Məmmədov bayrağımızın yaranma tarixindən, keçdiyi şərəfli və keşməkeşli yollardan bəhs edib. O, qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqları nümayiş etdirərək, onlar haqqında geniş məlumat verib. Qeyd edilib ki, tariximizin ən dəyərli eksponatı olan qədim bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.
Tədbirin sonunda tarixçi-alim Dövlət Miqrasiya Xidmətinin əməkdaşılarının suallarını cavablandırıb.
Tehsil-press.az