Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin iyun ayında Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq görüşü iki ölkə arasındakı münasibətlərdə yeni bir dövrün başlanğıcı olacaq.
Bu barədə Türkiyə lideri ABŞ-ın iri şirkətlərinin rəhbərləri ilə onlayn görüş zamanı bəyan edib.
“Biz ABŞ-la çoxdankı, dərin köklərə malik və çoxplanlı birliyimizi qiymətləndiririk. Bizim zaman-zaman fikir ayrılığımız yaransa da, tərəfdaşlığımız və alyansımız bütün çətinliklərin öhdəsindən gələ bilib”, - Ərdoğan deyib.
Onun sözlərinə görə, Ankara və Vaşinqton Suriya və Liviyadakı prosesləri, terrorizmə qarşı mübarizəni, energetikanı, ticarəti və investisiyaları əhatə edən əməkdaşlıq üçün ciddi potensiala malikdir.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci il Osmanlı dövlətində baş verən hadisələrlə bağlı dedikləri ABŞ-Türkiyə münasibətləri üçün “əlavə yük” olub.
O, iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə toxunaraq vurğulayıb ki, Ankara qarşılıqlı ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağı hədəfləyib. Dövlət başçısı qeyd edib ki, bu məqsədə nail olmaq üçün tərəflər ümumi maraqlara və dəyərlərə əsaslanan səmimi, hörmətli yanaşma nümayiş etdirməlidirlər.
O, ABŞ-ın yeni rəhbərliyinin iki ölkə arasında iqtisadi münasibətlərin yaxşılaşmasına eyni iradə nümayiş etdirməsindən məmnunluğunu ifadə edib.
Türkiyə lideri ABŞ-ı Türkiyə alüminiumu və poladına tətbiq etdiyi əlavə rüsumlarla bağlı daha konstruktiv addımlar atmağa çağırıb.
Prezident Ərdoğan üç qitənin ürəyi olan Türkiyəni qlobal istehsal və texnologiya mərkəzinə çevirmək niyyətində olduğunu da bəyan edib.
O, ölkənin iqtisadi uğurlarından danışaraq qeyd edib ki, 1,8 faiz göstəricisi ilə Türkiyə Çindən sonra G20-də iqtisadiyyatın ən yüksək artım tempinə malik ölkəyə çevrilib.
“2021-ci ilin ilk 4 ayı ərzində ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artaraq 4 milyard 272 milyon dollara çatıb”, - dövlət başçısı əlavə edib.
Prezident Ərdoğan pandemiyanın yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, Türkiyənin investisiya cəlbediciliyinin ciddi şəkildə artdığını diqqətə çatdırıb.
O bildirib ki, yaxın zamanlarda ölkə hakimiyyəti Türkiyə ictimaiyyətinə və beynəlxalq investorlara ölkə iqtisadiyyatına birbaşa xarici investisiya strategiyasını təqdim edəcək.
Onun sözlərinə görə, Türkiyə ölkənin texnoloji transformasiyasını sürətləndirəcək, iş yerləri yaradacaq və cari hesabın balansına müsbət təsir göstərəcək layihələrə xüsusi əhəmiyyət verir.
Prezident Ərdoğan, həmçinin bildirib ki, Türkiyə investisiyaların stimullaşdırılması və investorlara güzəştlərin verilməsi sistemini sadələşdirmək niyyətindədir.
Tehsil-press.az