Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla uğurlu danışıqlar apardığını bildirib.
“Mənim fransalı həmkarım Makronla çox yaxşı söhbət etdik, ikitərəfli münasibətləri və regional və beynəlxalq problemləri müzakirə etdik”, - Ərdoğan bəyan edib.
Türkiyə lideri, həmçinin ölkələr arasında münasibətlərin böyük potensialını vurğulayıb.
“NATO-da iki güclü müttəfiq kimi biz Avropadan Qafqazadək, Yaxın Şərq və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizliyin, sabitliyin və sülhün təmin edilməsi üçün səylərə əhəmiyyətli töhfə verə bilərik. Ölkələrimiz və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı mübarizədə birgə tədbirlər görə bilərik. Biz istəyirik ki, Türkiyə ilə Fransa bütün bu məsələlərdə həmrəy olsun”, - dövlət başçısı deyib.
Prezident Ərdoğan qeyd edib ki, bu il Ankara sazişinin imzalanmasının 100 ili tamam olur (20 oktyabr 1921-ci ildə Fransa ilə Türkiyə arasında bağlanmış diplomatik saziş-red.). O əlavə edib ki, Türkiyə və Fransa liderləri arasında dialoq həmişə böyük rol oynayıb.
Türkiyə ilə Fransa arasında dostluq münasibətlərinin əsasının Sultan Süleymanla Kral I Fransua arasında məktublaşmadan sonra qoyulduğunu vurğulayan Prezident Ərdoğan Ankara ilə Parisin ciddi əməkdaşlıq potensialına malik olduğuna əminliyini ifadə edib.
Prezident Ərdoğan Fransada COVID-19-un yayılmasına qarşı mübarizəni diqqətlə izlədiyini bildirib və xəstəlik nəticəsində ölkə vətəndaşlarının vəfat etməsi ilə əlaqədar başsağlığı verib.
Bundan başqa, türkiyəli lider karantin məhdudiyyətlərinin yumşaldılması istiqamətində Türkiyədə həyata keçirilən tədbirlərdən danışıb və təxminən 10 milyon Türkiyə vətəndaşının peyvənd olunduğunu xatırladıb.
Qeyd edək ki, bu, iki liderin son yarım ildə birinci danışıqları olub.
Tehsil-press.az